11 fevral 2016 11:15

Elhad Nəziri: Petrolulu tərk edib Azərbaycana gəlməklə böyük səhv etdim

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri Rumıniyanın "Metalul Reşiti" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Mən bu kluba tanış menecerin sayəsində keçdim. O, təklif etdi, mən də baxdım və razılaşdım. Artıq komandaya uyğunlaşmışam. Uşaqların bəzisi məni "Petrolul"da çıxış etdiyim dövrdən tanıyır. İnanıram ki, bu klubda əvvəlki formamı bərpa edə biləcəyəm".

"Mənim üçün bütün oyunlarda sabit çıxış etmək vacibdir. Bu üzdən də klubun neçənci yerdə getməsi barədə düşünmürəm. Düzdür, komanda sonuncu yerdə gedir. Amma üst pillələrə qalxmağımız üçün əlimdən gələni edəcəyəm".

Nəziri Azərbaycan karyerasının uğurlu alınmamasına görə özünü günahkar hesab edir: "Etiraf edim ki, Rumıniyanın əsas liqasında klub tapa bilmədim. Daha doğrusu, təkliflər olsa da, onlara müsbət cavab vermədim. Bunun səbəblərini demək istəmirəm. Azərbaycanda klub tapa bilməməyimin də günahı özümdədir. Buna görə heç kimi günahlandıra bilmərəm. "Petrolul"da hər şey yaxşı idi. Amma Azərbaycana qayıtmaqla böyük səhvə yol verdim. Bu, mənə böyük dərs oldu".

Nəziri həmçinin yığmaya qayıtmaq şansı barədə də danışıb: "Avropada oynamağımın yığmaya qayıtmağıma nə dərəcədə kömək edəcəyini bilmirəm. Bunu zaman göstərəcək. Yığmada oynamağı hər kəs istəyir. Mən də yenidən oraya qayıtmaq istəyərdim. Futbol oynamaq üçün darıxmışam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.