11 fevral 2016 11:00
Millimizə 3 qol vuran futbolçu danışdı
Futzal üzrə Rusiya yığmasının üzvü Eder Lima AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycana 6:2 hesabıyla qalib gəldikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan bizə az problem yaratmadı. Bu komandada çoxlu braziliyalı var. Bu üzdən də matçın asan gəzinti olmayacağını bilirdik. Amma onu da deyim ki, bu görüşə tam fərqli köklənmişdik. Məhz bunun nəticəsində meydandan qalib ayrıldıq, eyni zamanda da yaxşı oyun sərgilədik".
Qeyd edək ki, Lima millimizlə görüşdə het-trikə imza atmışdı.
