11 fevral 2016 10:45
Bakı Qana klubuna qalib gəldi
"Bakı" ötən gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, 1-ci divizionda çıxış edən paytaxt klubu Qanadan olan "Sidorf Sokerlink" komandası ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İlyasov, Nurəhmədov və Camalov vurub.
