10 fevral 2016 11:30

Vitali Borisov: Qələbəyə çox inansaq da, gücümüz çatmadı

Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya 2:6 hesablı məğlubiyyətdən sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Görüşə pis başlamadıq. Birinci hissəni bütövlükdə, yaxşı keçirdik. Fasiləyə 1:2 hesablı məğlubiyytlə yollandıq. Halbuki, nəticə oyuna görə deyildi. Bizim hələ fasiləyə qədər qol vurmaq üçün nə qədər şansımız oldu. Lakin bir topdan artığını vurmaq mümkün olmadı.

- Bəs ikinci hissədə nə baş verdi?
- İkinci hissədə isə bizdə çox şey alınmadı. Yenə də standart vəziyyətdən qol buraxdıq. Beşinci meydan oyunçusu ilə oynamağımız isə heç bir fayda gətirmədi.

- Standart vəziyyətlərdən çox qol buraxmağımız sizin məşqlərdə bunun üzərində çalışmamağınızdan xəbər verir?
- Bütün standart vəziyyətləri nəzarət altında saxlamaq çox çətindir. Rəqiblərimiz də həmin məqamlar üzərində çox çalışırlar. Qapı qarşısında yarana biləcək bütün təhlükələrin qarşısını almaq asan deyil.

- Rəqib demək olar ki, asanlıqla yarımfinala adladı. Sizin yarımfinala çıxacağınıza inamınız var idi?
- Əlbəttə, var idi. Oyuna da pis başlamamışdıq. Qələbə qazanacağımıza inanırdıq. Amma gördüyünüz kimi, gücümüz çatmadı. Rəqib səviyyəli komandadır. Bu da nəticəyə təsirsiz ötüşmədi.

- AÇ-ni hansı hisslərlə tərk edirsiniz?
- Qrupdan çıxmaqla əsas vəzifənin öhdəsindən gəldik. Bu, bizim minimum hədəfimiz idi. Amma 1/4 finalda Rusiya ilə düşməklə bəxtimiz gətirmədi. Çünki bu komanda ilə əvvəlki oyunlarımızda cəmi bir heç-heçəmiz var.

- Amma bu çempionat göstərdi ki, sürpriz etmək də çətin deyil. Məsələn, Serbiya Portuqaliyanı mübarizədən kənarlaşdırdı, Qazaxıstan son çempion İtaliyanı...
- Biz də sürprizə imza ata bilərdik. Deməli, nəyisə haradasa düz etmədik. Futzal oynamağı hər kəs bacarır.

- Sizə elə gəlmir ki, Azərbaycan yığmasında nələrisə dəyişməyin zamanıdır?
- Bu suala mən cavab verə bilmərm. Belə məsələləri baş məşqçi, rəhbərlik edir. Bizi dəvət ediblər, gəlmişik. Sabah dəyişiklik edəcəklərsə, bununla da barışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.