9 fevral 2016 20:20

İmarət banan qalmaqalı ilə bağlı bəyanat yaydı

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən "Qarabağ" - "Xəzər Lənkəran" (3:0) matçında bir sıra xoşagəlməz hadisələr baş verib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun "İmarət" azarkeş qrupu həmin hadisələrlə bağlı bəyanat yayıb.

"Əziz və hörmətli futbol ictimaiyyəti, bildiyiniz kimi Azərbaycan çempionatının son turu çərçivəsində Suraxanı qəsəbə stadionunda keçirilən Qarabağ-Xəzər Lənkəran matçının gedişi zamanı bir neçə azarkeş rəqib komandanın yarımmeydançasına yaxın olan sektorlara keçərək, meydançaya bir neçə kəsilmiş limon parçası atmışlar.İmarət Azarkeş Qrupu adından nəzərinizə çatdırırıq ki, həmin hərəkət Azarkeş Qrupumuzun üzvləri tərəfindən özbaşınalığa yol verməklə yanaşı, nəticəsi təhqirə, sayğısızlığa, ayrıseçkiliyə hesablanmamış formada həyat keçirilmişdir.Qeyd etməliyik ki, nə oyundan əvvəl, nə də oyunun gedişi zamanı istər Azarkeş qrupunun rəhbərliyi, istərsə də tribuna liderləri tərəfindən bu cür hərəkətlə bağlı heç bir fikir olmamış, ümumiyyətlə bu məsələ müzakirə edilməmişdir.Eyni zamanda qeyd etməliyik ki, dünənki tarixə kimi, yəni biz açıqlama verən vaxta qədər həmin azarkeşlərin "İmarət"in üzvüləri olması barədə ictimaiyyətin heç bir məlumati olmamışdır.Biz, həmin xoşagəlməz halın kimlər tərəfindən yaradıldığını müəyyən etdikdən sonra bu barədə açıqlama vermiş,nəinki həmin hərəkətə haqq qazandırmamış, hətta bu məsələni tənqid etmiş, bu hala yol verən üzvülərimizi Azarkeş qrupumuzdan müvəqqəti olaraq kənarlaşdırmışıq.İdarə heyətinin son iclasından sonra müəyyən edilmişdir ki, stadiona limon atan şəxslərin məqsədi yalnız rəqib komanda azarkeşlərini qıcıqlandırmaq olmuşdur.Buna görə də tərəfimizdən onların yol verdiyi özbaşınalığı dərk etmələri üçün Azarkeş qrupumuzdan kənarlaşdırılması qərara alınmışdır.
 
Bundan əlavə olaraq bildirməliyik ki, Azərbaycanımızın digər rayonlarl kimi Lənkəran rayonu, ümumiyyətlə cənub regionu haqqında Qrupumuzda heç vaxt ayrıseçkiliyə yönəlmiş fikirlər olmamış, heç bir vaxt bu istıqamətdə hər hansı bir hərəkət edilməmişdir.Bununla yanaşı, Ölkəmizin ən çətin vaxtlarında, Qarabağ müharibəsi dövründə Lənkaranlıların şücaətlə döyüşməsini, vətənimizi müdafiyəyə qalxmalarını, yüzlərlə şəhid verməsini də unutmamışıq.Yarandığımız gündən bu günə kimi, məqsədimizin, amalımızın vətənpərvərliyin təbliği olması bütün ictimaiyyətə məlum olduğu üçün, son günlərdə qeyd edilən hadisələrlə bağlı bəzi şəxslər tərəfindən qərəzli yanaşmalara, yazılara, çıxışlara yol verməsi, əsassız yerə müəyyən maraqlara xidmət etməklə gündəmi dəyişmək cəhdi bizi üzür və kollektivimizdə təəssüf hissi doğurur.Xəzər Lənkəran futbol klubunun, eləcə də aparıcı Azarkeş quruplarının məsələ ilə bağlı indiyə qədər şişirdilmiş reaksiya verməməsi qarşı tərəfin də baş vermiş olayları sıradan bir hadisə kimi qəbul etməsinin göstəricisidir.Qurumumuz adından Lənkəran rayonu, eləcə də cənub regionunda yaşayan hər bir soydaşımıza səsələnirik ki, bu cür provakasiya tipli çıxışlara məhəl qoymayacaqlarına ümid edirik.Bu hadisələri milli ayrıseçkilik, rayon camaatını təhqir kimi qələmə verənlərin isə başda Lənkəranlılar olmaqla hər birimizdən üzür borcu olduğunu diqqətinizə çatdırırıq. Diqqətinizə görə minnətdarıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.