9 fevral 2016 20:00
İvan Milovanov: Azərbaycan yığması dünya futzalında təhlükəli rəqib hesab olunur
Futzal üzrə Rusiya yığmasının oyunçusu İvan Milovanov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Xorvatiya ilə ağır oyundan sonra bərpa prosesinə start vermişdik. Əvvəlki oyunlarda buraxdığımız səhvləri analiz etmişik. Azərbaycan yığmasının da oyunlarını diqqətlə izləmişik. Bu komanda artıq uzun müddətdir dünya futzalında təhlükəli rəqiblərdən hesab olunur. Onlar bunu təxminən 2010-cu ildən, Avropa çempionatında dördüncü yeri tutduqdan bəri təkrarlayırlar. 2012-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində də bu komandaya qarşı oyunlarımız çətin keçmişdi".
