9 fevral 2016 19:00
Kəpəz növbəti transferini reallaşdırmağa yaxındır
"Kəpəz" sıralarına daha bir futbolçu qatmağa yaxındır. Azerisport.az xəbər verir ki, Gəncə klubu Orxan Əliyevlə güclənir.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Əliyev hazırda komandanın məşqlərində iştirak edir. Baş məşqçi Şahin Diniyev futbolçunun hazırlıq səviyyəsindən razıdır. Yaxın günlərdə onunla müqavilə imzalanması gözlənilir. Bu barədə həftənin sonuna kimi yekun qərar veriləcək.
