9 fevral 2016 17:40
Serbiya klubu yenidən Sumqayıta müraciət ünvanladı
Serbiyanın "Radniçki" klubu yenidən "Sumqayıt"a müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycan təmsilçisinin gənc hücumçusu Amil Yunanovu sıralarına qatmaqda israrlıdır.
Qeyd edək ki, bir müddət öncə "Radniçki" qeyri-rəsmi müraciət etsə də, "Sumqayıt" Amili qarşı tərəfə satmaqdan imtina etmişdi. Amma bu dəfə serblər Premyer Liqa klubuna rəsmi müraciət ediblər.
"Sumqayıt" tərəfi isə Yunanovu indi yox, yayda qarşı tərəfə buraxmaq istəyirlər.
