9 fevral 2016 17:00
Azərbaycan - Rusiya matçının hakimləri açıqlandı
Serbiyanın paytaxtı Belqradda təşkil olunan AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Belçikadan olan Paskal Lemal təyin olunub.
İkinci hakim funksiyasını isə Timo Onaçu yerinə yetirəcək. Sonuncu Finlandiyanı təmsil edir.
Qeyd edək ki, Azərbaycan - Rusiya matçı bu axşam saat 21:30-da start götürəcək.
