9 fevral 2016 16:40
Kazbek Tuayev: Azərbaycan Rusiyaya 3:1 hesabıyla qalib gələcək
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiya və Azərbaycanın futzal yığmaları arasında keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması 3:1 hesabıyla qalib gələcək. Başqa söhbət ola da bilməz. Rusiya qrupdan çətinliklə çıxıb, indi bizə qalib gəlmək istəyir? Bizim də komandamız pis deyil. Əsas odur ki, komandada ruh var. Ona görə də bu gün qələbə millimizin olacaq".
