8 fevral 2016 19:00

Qaradağ Lökbatan təlim-məşq toplanışını davam etdirir

"Qaradağ Lökbatan” komandası fevralın üçündən başladığı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında ikinci dövrəyə hazırlıq məqsədilə təşkil olunan toplantıda klubumuzun qış fasiləsində transfer etdiyi dörd yeni futbolçu da iştirak edir.

Əfqan Talıbovun yetirmələri təlim-məşq toplanışı ilə paralel olaraq, bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınamağı da bacarıb. Fevralın 7-də 19 yaşlılardan ibarət yığma komanda ilə yoldaşlıq görüşünə qatılan futbolçularımız qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıblar. Xatırladaq ki, bugünlərdə Birinci Divizionda mübarizə aparan "Bakılı” ilə keçirdiyi yoldaşlıq oyunu da "Qaradağ Lökbatan”ın qələbəsi ilə başa çatmışdı – 1:0.

Qeyd edək ki, Birinci Divizionda ikinci dövrənin oyunlarına fevralın 18-də start veriləcək və həmin gün "Qaradağ Lökbatan” komandası Qusarda "Şahdağ”ın qonağı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.