8 fevral 2016 16:00
Neftçi Məsimovun Domjaleyə keçidini rəsmən açıqladı
“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytına istinadla xəbər verir ki, Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “Neftçi” futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
“Domjale” klubu yerli çempionatda 22 turdan sonra “Lyublyana” və “Maribor” klublarından sonra 3-cü pillədə qərarlaşıb.
"Neftçi" Samir Məsimova gələcək karyerasında uğurlar arzulayıb.
