8 fevral 2016 13:00
Yığmamız ikinci oyununda qələbə qazandı
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Malta yığması ilə qarşılaşan komandamız Vüsalə Seyfəddinovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamız növbəti oyununu fevralın 9-da Lixtenşteyn komandasına qarşı keçirəcək. (AFFA)
