8 fevral 2016 12:30

Saşa Yunisoğlu: Rəvan Neftçi ilə oyunda iki xal itirdi

"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

"Rəvan"ın altı xalının silinməsi bizim üçün gözlənilməz oldu. FİFA-nın bu qərarı bütün planlarımızı korladı. İndi biz bütün gücümüzü sərf etməliyik ki, yenidən turnir cədvəlinin zirzəmisindən çıxmaq imkanı qazanaq. Ona görə hər oyuna məsuliyyətlə yanaşmağa çalışırıq".

Saşanın sözlərinə görə, onlar "Neftçi"yə qalib gəlməyə borclu idilər: "Neftçi"nin oyununu yaxşı analiz etmişdik və bu görüşə çox ciddi köklənmişdik. Heç-heçə sərgilənən oyuna görə oldu. Amma mənə elə gəlir ki, 83-cü dəqiqədə qol buraxdığımızı nəzərə alsaq, biz iki xal itirdik. Qolu da öz səhvimizdən, diqqətsiz davrandığımıza görə buraxdıq. Görünür, matçın sonu olduğundan, yorğunluq da sözünü dedi. Məlum səbəblərdən komandamız tam yaxşı hazırlıq keçə bilməyib. Mövsümün ikinci hissəsinə heç də optimal formada başlamamışıq. Bu üzdən də turdan-tura fiziki hazırlığımızı yaxşılaşdırmağa çalışırıq".

"Qarşıda bizi Premyer Liqanın liderlərindən biri "Zirə" ilə oyun gözləyir. Matça qədər vaxt var. Yaxşı hazırlaşıb, maksimum nəticə əldə etməyə çalışacağıq".

"Rəvan"ın üzləşdiyi maliyyə çətinliklərinə də toxunan futbolçu bunları söyləyib: "Təəssüf ki, bu problem hələ həllini tapmayıb. Klubun futbolçular qarşısında bir neçə ayın maaş borcu var. Baş sponsorumuzun maliyyə problemləri var. Amma yenə də bizə söz veriblər ki, bütün pullarımızı verəcəklər. Bizə deyilənə görə, mövsümün əvvəlində PFL-dən kluba maliyyə dəstəyi olunacağına dair söz verilib. Çünki klubun özünün elitada qalmaq imkanı yoxdur. Amma PFL heç bizim tərəfə baxmaq belə istəmir. Ona görə də kimə ümid edəcəyimizi bilmirik. Bütün bunlardan da "Rəvan"ın futbolçuları, onların ailəsi əziyyət çəkir. Bizim maaşlarımız onsuz da çox deyil. Ayda maksimum 600-700 manat pul alırıq. Amma onu da 4-5 aydır görmürük. İnanırıq ki, kimsə verdiyi sözə əməl edəcək və "Rəvan"ın acından ölməsinə imkan verməyəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.