7 fevral 2016 19:45
Roman Qriqorçuk: Başqa nəticəni təsəvvürümüzə də gətirmirdik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ancaq qələbəyə köklənmişdik. Başqa nəticəni təsəvvürümüzə də gətirmirdik. Belə havada futbol oynamaq çox çətin idi. Amma lazım olanı edə bildik. Bizim üçün əsas nəticə idi. Qələbədən razıyam". (CBC)
