7 fevral 2016 19:00
İsrafilov debüt matçında sarı vərəqə almaqla kifayətləndi
Futbol üzrə İspaniyanın ikinci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə transfer olunduğu "Kordoba" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Alkorkon"la qarşılaşıb. Matç 3:3 hesabıyla başa çatıb. Eddi bu qarşılaşmanın 61-ci dəqiqəsində meydana buraxılıb. O, debüt matçında cəmi 8 dəqiqə sonra (69) sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 40 xalla 22 komanda arasında üçüncü pillədə qərarlaşıb.
