7 fevral 2016 15:30

Əfran İsmayılov: Xəzər Lənkəran üzərində qələbə heç kimi yanıltmamalıdır

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran" üzərində qələbə qazandıqları (3:0) oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirlərinizi bilmək istəyərdik...
- "Xəzər Lənkəran" ağır günlər yaşasa da, onların bizə qarşı sonadək mübarizə aparacaqlarını bilirdik. Eyni zamanda bu komandanın belə vəziyyətdə olması bizi də məyus edir. Rəqibin gənc futbolçuları özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Bu, onların gələcəkdə daha güclü klublara keçməsi baxımından önəmlidir.

- "Qarabağ"ın birinci hissədə hesabı aça bilməməsinin yeganə səbəbidir?
- Xeyr. Bizim qol vurmaq üçün yaxşı şanslarımız oldu. Amma bu şanslardan yalnız ikinci yarıda yararlana bildik. AZAL-a məğlubiyyətdən sonra qələbə qazanmaq vacib idi.

- Rəqib sizi cərimə meydançasına buraxmamağa çalışırdı. Cərimə meydançası yaxınlığında təyin olunan cərimə zərbəsini oyunda həlledici məqam saymaq olar? Çünki məhz həmin epizodda komandanız hesabı açdı...
- Düz qeyd etdiniz ki, böyük üstünlüyümüz olsa da, rəqib öz zonalarını yaxşı bağlayırdı və bizi öz cərimə meydançasına buraxmamağa çalışırdı. Amma bu görüşdə qələbə bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz bizim hər xal itkimizdən yaxşı yararlanırlar. Buna görə sonadək mübarizə aparıb, sonda öz istəyimizə çatdıq.

- XL qapınız qarşısında bir dənə də qol vəziyyəti yarada bilmədi. Belə rəqiblərə qarşı oynamaq nə dərəcədə xoşdur?
- Belə rəqiblərlə oynamaq daha çətindir. Onlar həm özləri oynamırlar, həm də rəqibə oynamağa imkan vermirlər. Həm də biz asan rəqib axtarmırıq. Əsas istədiyimiz hər oyunda qələbə qazanmaqdır.

- Bu qələbədən sonra "Qarabağ"ın qara zolaqdan çıxdığını demək olar?
- Bu qələbə heç kimi yanıltmamalıdır. Bizə sadəcə, xal itirməmək lazımdır. Yaxşı ki, uğursuz oyunlarımız yaxşı xal fərqi topladığımız dövrə təsadüf etdi.

- Hazırda "Qarabağ"ın əsas rəqibi "Zirə" hesab olunur...
- Bəli. Biz onları diqqətlə izləyirik. Bu komanda "İnter"ə qalib gəlib. Daha sonra "Sumqayıt"ı məğlub etdilər. Çempionat çox gərgin keçir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.