7 fevral 2016 00:15

Riçard Almeyda: Premyer Liqadakı hər oyun çətindir

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oyundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Xəzər Lənkəran"la oyun barədə nə deyə bilərsiniz?
- Rəqib yaxşı müqavimət göstərdi. Amma onların belə çıxış edəcəyini gözləyirdik. Biz bir qədər tələsirdik. Buna görə də tez-tez top itirirdik. Amma ikinci hissədə şanslarımızdan yararlanmağı bacardıq və qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi.

- Rəqib heç də yaxşı günlərini yaşamır. Niyə onların sizə çətinlik yaradacağını gözləyirdiniz ki?
- Çünki bütün oyunlar çətindir. AZAL-la oyunda da çoxlu qol vəziyyətimiz oldu. Amma biz onların heç birindən yararlana bilmədiyimiz halda, meydan sahibləri qol vurub, qalib gəldilər. Qarşıda "Kəpəz"lə oyun var. Həmin oyun daha çətin olacaq. Lakin "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra qarşıdakı oyuna sakitcə hazırlaşa bilərik.

- Komandanız bu görüşdə son oyunlardakı uğursuzluğa görə tələsirdi?
- Ola bilər. Amma siz komandamızın hər oyunda nə qədər qol epizodu yaratdığına baxın.

- "Kəpəz" öz meydanında çox aqressiv və uğurlu çıxış edir...
- Elə buna görə də qarşıdakı oyuna ciddi yanaşmalı, "Kəpəz"i ciddiyə almalıyıq. Oradan bizə lazım olan nəticə ilə qayıdacağımıza ümid edirəm. Buna nail olmaq nə qədər çətin görünsə də.

- Çempionatın sponsoru "Topaz"ın adı formanızın üstündə niyə örtülüb?
- Bu formanı mənə belə veriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.