6 fevral 2016 20:40

Qurban Qurbanov: İndi hər bir komanda yaxşı müdafiə oluna bilir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Vacib üç xal qazandıq. Oyuna gəldikdə, indi hər bir komanda istənilən rəqibə qarşı yaxşı müdafiə oluna, hətta qalib gələ bilir. Düzdür, "Xəzər Lənkəran" hazırda heç də ən yaxşı günlərini yaşamır. Amma bu gün bizə onlarla mübarizə aparmaq çətin oldu. Biz çoxlu qol epizodunu boşa verdik, xüsusilə də birinci hissədə. Öz futbolçularımızı da təbrik edirəm. Onlar da səbrlə sonadək mübarizə apardılar, qələbə qazanmağı bacardılar.

Qara Qarayevin start heyətdə yer almamasının hansısa səbəbi yoxdur. Biz hər bir futbolçuya oyun təcrübəsi qazanması üçün şərait yaratmağa çalışırıq. Meydana hansı futbolçuların çıxması rəqibdən də asılıdır.

Qarşıda bizi çətin Gəncə səfəri gözləyir. "Kəpəz" ötən ilki oyunlarında yaxşı futbol sərgiləyirdi. "Qəbələ" üzərində qazandıqları qələbə də bu komandanın yaxşı formada olmasından xəbər verir. Amma biz öz futbolumuzu oynmalıyıq. Ola bilsin ki, həmin oyunda heyətdə hansısa dəyişikliklər olsun". (CBC)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.