6 fevral 2016 18:30
Adil Şükürov: Nəticəyə oynayırdıq
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə qələbə münasibətilə komandamızın hər bir üzvünü təbrik edirəm. Azarkeşlər də sağ olsunlar ki, bu gün bizi dəstəklədilər. Erkən qola baxmayaraq, sonadək öz futbolumuzu oynadıq. Nəticəyə oynayırdıq. Bu oyunda əsas hədəf məhz nəticə qazanmaq idi. Gördüyünüz kimi, uşaqlar ruhdan düşmürlər, hər oyunda mübarizə aparırlar. Halbuki, mövsümün əvvəlində yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləməmişdik. Amma kollektivin arzu və istəyi nəticələrimizə də təsir göstərir". (CBC)
