6 fevral 2016 18:00

Samir Abasov: Qırmızı vərəqə və beş futbolçumuzun olmaması sözünü dedi

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"İsti başla məğlubiyyətə nələrin səbəb olduğunu deyə bilmərəm. Amma uşaqlar canlarını qoydular. Bəlkə də uşaqlar oyunun əvvəlində konsentrasiyanı itirdilər. Baxmayaraq ki, uşaqlara "Zirə"nin hücum xəttinin sürətindən yararlanmağa çalışacağını bildirmişdim. Təəssüf ki, konsentrasiyanı itirdik. Bizim qol vurmaq üçün şanslarımız oldu. Amma top demək olar ki, oyun təcrübəsi olmayan Ayaz Mehdiyevə dəydi. Bunun da təsiri oldu. On nəfərlə qalandan sonra oynamaq daha da çətinləşdi. Emin Mehdiyevə ikinci sarı vərəqəni göstərməyin nə dərəcədə lazım olub-olmadığını bilmirəm. İstənilən halda uşaqlar sonadək vuruşdular. Fikrimcə, azarkeşlər hakimin bu qərarına məndən gözəl cavab verdilər. Əsas heyətin beş üzvünün bu gün olmaması da sözünü dedi. Amma bir daha deyirəm ki, onları əvəz edən futbolçular da sonadək mübarizə apardılar". (CBC)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.