6 fevral 2016 00:35
Rusiya klubu Neftçinin sabiq oyunçusundan imtina etdi
Rusiyanın "Qazovik" klubu "Neftçi"nin sabiq müdafiəçisi Bruno Bertuççidən imtina edib. Azerisport.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Robert Yevdokimov braziliyalı futbolçunu Kipr toplanışı çərçivəsində "Lokomotiv"in gənclərdən ibarət heyəti ilə yoxlama oyununda (3:1) sınaqdan keçirib.
Amma müdafiəçi nə məşqlərdə, nə də sözügedən oyunda baş məşqçinin ümidlərini doğruldub. Bu üzdən də onun geri qaytarılmasına qərar verilib.
Qeyd edək ki, "Qazovik" Rusiya birinci divizionunda liderdir.
