6 fevral 2016 00:05

Araz Abdullayev: Xəzər Lənkəranla oyunda azarkeşləri sevindirəcəyik

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunu necə şərh edə bilərsiniz?
- Düzünü desəm, birinci hissədə öz oyunumuzu göstərə bilmədik. İkinci yarıdaisə rəqibi qapısına doğru sıxışdıra bildik. Sadəcə, fasilədən dərhal sonra qapımızda qol gördük. Buna baxmayaraq, komandamız ruhdan düşmədi və çoxlu qol epizodları yaratmağa nail oldu.

- Bəs bir topdan artığını vurmağınıza nə mane oldu?
- "Rəvan" layiqli matç keçirdi. Rəqibi təbrik edirəm. "Neftçi"dən xal almaq az iş deyil. Azarkeşlərimizi növbəti oyunlarda sevindirməyə çalışacağıq.

- Bu, "Rəvan"la oyunlarda "Neftçi"nin ardıcıl ikinci xal itkisidir. Niyə bu komanda ilə oyunlarınız alınmır?
- "Qarabağ", "Qəbələ" kimi komandalarla oyunlara daha yaxşı köklənirik. Amma digər klublarla görüşlərdə özünüz də gördüyünüz kimi, bu, istənilən səviyyədə olmur. "Rəvan"ın haqqını da yemək istəməzdim. Bu cür komandalar da bizə qarşı yaxşı oynayırlar. Biz yenə də qələbə qazanmalı idik və buna borcluyduq. Alınmadı.

- Hakimi tez-tez alqışlayırdınız...
- Bunda qəribə heç nə yoxdur. Biz onunla dostuq. Qələbə qazanmaq istəyirdik. Oyunun tempi qalxanda onun enməsini istəmirik. Hakim də belə epizodlar zamanı oyunu saxlayanda, bu, bizi özümüzdən çıxarır.

- Qarşıda "Xəzər Lənkəran"la oyun var...
- Bu, bizim üçün vacib oyundur. Xal itirmək istəmirik. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.