5 fevral 2016 17:00

Roman Qriqorçuk: Liderlə 10 xallıq fərqi aradan qaldırmaq çətin olacaq

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Öncə "Kəpəz"ə uduzduğunuz yeni ildəki ilk rəsmi oyununuzdan danışaq. 0:3 hesablı yenilgi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Çox gözlənilməz idi (gülür). Biz onsuz da "Qarabağ"dan geridəydik. Bu üzdən hər oyunda qələbə qazanmağımız lazımdır. Amma biz fasilədən sonrakı ilk görüşdə üç xal itirdik.

- Andrey Popoviçin Gəncədəki uğursuz çıxışı böyük söz-söhbətə səbəb oldu...
- Nə deyə bilərəm? Son dövrlər onun səhvləri çoxalıb. Amma biz öz uğursuzluğumuzu yalnız onunla əlaqələndirə bilmərik. Məsələn, komandada hər şeyin yaxşı olduğunu, bircə Popoviçin pis oldğunu demək olmaz. Uduzan bütöv komandadır.

- Deməli, qapıçınızın bu cür çıxışına görə məyus olmamısınız?
- Bu barədə dediklərimdən artıq danışmaq istəməzdim.

- "Qarabağ" kimi, sizə də qış fasiləsindən sonra tam formaya düşmək üçün vaxt lazımdır?
- Pis vəziyyətdə olduğumuzu düşünmürəm. Yaxşı forma toplamağımız üçün çox vaxta ehtiyacımızın olduğunu da deməzdim. Aydın məsələdir ki, mövsümün qızğın vaxtında komanda daha yaxşı formada olur. Maksimal oyun formasına nail olmaq üçün isə bir neçə oyun keçirmək lazımdır.

- Sizin Gəncədəki məğlubiyyətinizdən sonra sosial şəbəkələrdə Yevlaxda hazırlıq keçməyin Antalya toplanışından daha faydalı olduğu iddia olunmağa başladı...
- Belə söhbətləri ancaq qeyri-peşəkar insanlar apara bilər. Bunu şərh etmək istəməzdim. Komanda qarşısına yüksək hədəflər qoyubsa, məşq etməli, yaxşı şəraiti olmalıdır. Bir oyuna görə nəticə çıxarmaq peşəkarlıqdan uzaqdır.

- Çempionluq uğrunda mübarizəni başa çatmış saymaq olar?
- Bizim ilkin hədəfimiz Çempionlar Liqasında oynamaq idi. Hazırda da bu hədəfimiz üçün mübarizə aparırıq. Əlbəttə, "Qarabağ" kimi komanda ilə 10 xallıq fərqi aradan qaldırmaq çox çətin olacaq. Amma bacardığımız qədər mübarizəmizi sonadək davam etdirəcəyik.

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- "İnter" ilk turda uduzsa da, pis başladıqlarını deməzdim. Onların "Zirə" ilə görüşünü izləmişəm və deyərdim ki, komanda həmin səfər oyununda çox yaxşı futbol sərgiləyib. "Zirə"nin oyuna görə qələbə qazandığını deməzdim. Çətin olacaq. Amma biz qələbə qazanmaq istəyirik.

- Bu yaxınlarda Dmitri Bezotosnının "Qəbələ"ni tərk edib, vətəninə dönəcəyi iddia olunmağa başladı...
- Bu barədə heç nə deyə bilmərəm. Futbolçunun özündən belə bir istəyinin olduğunu eşitməmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.