5 fevral 2016 14:40
Zaur Svanadze: İnter Qəbələ kimi rəqiblərə qarşı daha yaxşı oynayır
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni itkilərimiz yoxdur. Kiçik zədəsi olanlar var. Amma onlar qarşıdakı oyuna qədər hazır olacaqlar. Yaxşı oyun sərgiləmək üçün əlimizdən gələni edəcəyik. "Zirə" ilə oyunda uğur bizim tərəfimizdə deyildi. Uğurlu oyun sərgiləyə bilmədik. Ümid edirəm ki, "Qəbələ" ilə oyunumuz daha yaxşı alınacaq. Adətən, belə rəqiblərə qarşı komandamız daha yaxşı oyun sərgiləyir".
