5 fevral 2016 00:05

Topaz Premyer Liqasında 20-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilir. Azerisport.az xəbər verir ki, 2016-cı ilin ikinci turunun 5 oyunu 3 gün ərzində baş tutacaq.

İlk oyun günündə bir görüş keçiriləcək. Paytaxt derbisi çərçivəsində "Neftçi” “Rəvan”la üz-üzə gələcək. Paytaxt klubları indiyədək heç-heçə etməyib. Son iki oyunda qonaq komanda 3 qol vuraraq, qalib gəlir. “Neftçi” 7 matçdır meydanı qolsuz tərk etmir. İndiyə qədər baş tutan 10 oyunda daha çox "ağ-qaralar" qalib gəliblər - 8 dəfə. Heç-heçə etməyən tərəflərin duelində "Rəvan" yalnız iki dəfə 3 xala sevinib. Top fərqi də "Neftçi"nin xeyrinə bitib - 16:8. İlk iki dövrədə baş tutan oyunlarda tərəflərin hərəsi bir qələbə qazanıb. "Neftçi" səfərdə 3:1 hesabıyla məğlub etdiyi bu rəqibinə evdə 2:3 hesabıyla uduzub. Bu dəfə isə "aslanlar"ın iddialı rəqibinə ciddi müqavimət göstərməsi inandırıcı görünmür.

İkinci oyun günündə iki görüş baş tutacaq. Öncə "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq. Cari mövsümədək qarşılaşmayan komandaların ilk iki oyununda “Zirə” məğlub olmayıb.  Sumqayıtlıların yeganə ev oyununda qol qeydə aınmayıb. "Zirə"nin meydanında baş tutan görüşdə isə 3:2 hesablı qələbə qeydə alınıb. Zirəlilər bu oyunda da favorit sayıla bilər. Baxmayaraq ki, Samir Abasovun çalışdırdığı Sumqayıt təmsilçisi də iddialı rəqiblərini büdrətməyi bacarır.

Daha sonra çempionatın lideri "Qarabağ" "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar indiyə qədər 34 dəfə üz-üzə gəliblər. Ağdam klubu 17, cənub təmsilçisi isə 12 dəfə qələbəyə sevinib. Beş oyunda isə tərəflər heç-heçəyə razılaşıblar. Top fərqində isə elə də ciddi fərq yoxdur. Ağdamlılar 38:37 hesabıyla öndədirlər. “Qarabağ” son 7 oyunda meydanı qolsuz tərk etməyib. 4 matdır rəqiblərdən heç biri 2 və ya daha çox qol vura bilmir. “Xəzər Lənkəran” 6 görüşdür qalib gəlmir. Ağdam klubu bu oyunun da favoritidir. Fasilədən sonrakı ilk oyununda AZAL-a məğlub olması da Qurban Qurbanovun komandasını qələbə qazanmağa sövq edir. Heyət və maliyyə baxımından ciddi problemlərdən əziyyət çəkən "ağ-yaşıllar"ın bu oyunda nəyəsə nail olması inandırıcı görünmür. Elə ilk iki dövrədəki oyunlarda da ağdamlılar 1:0 hesabıyla üstün olublar.

Son oyun günündə də iki qarşılaşma keçiriləcək. AZAL "Kəpəz"lə üz-üzə gələcək. Tərəflərin əvvəlki 14 oyununda paytaxt təmsilçisi daha çox - 9 dəfə qələbə qazanıb. 3 dəfə heç-heçə qeydə alındığı halda, 2 dəfə də gəncəlilər qalib gəliblər. Top fərqi də bakılıların xeyrinədir - 23:7. AZAL son 10 oyundan yalnız birində qol vurmayıb. Gəncədəki son 5 oyunda heç-heçə qeydə alınmayıb. Son 3 qarşılaşmada qonaq komanda qalib gəlməyib. Cari mövsümdə baş tutan oyunlara gəlincə, Gəncə təmsilçisi 1:0 hesabıyla qələbə qazanmışdısa, Bakıdakı görüşdə 1:1 hesabı qeydə alınmışdı. Qış fasiləsindən sonrakı ilk oyunlarından qalib ayrılan bu kollektivlərin dueli böyük maraqla gözlənilir.

Nəhayət, turun qapanış və mərkəzi matçında "İnter" "Qəbələ"ni qəbul edəcək. Fasilə zamanı Türkiyədə hazırlıq keçən və iddialı olan bu klublar 2016-cı ilə məğlubiyyətlə başlayıb. Bu üzdən də öz aralarındakı oyunun gərgin keçəcəyi dəqiqdir. "Qəbələ" cari mövsümdə bakılılara qalib gələ bilməyib. "İnter" ilk dövrədə 2:1 hesabıyla qalib gəldiyi rəqibi ilə səfərdə də 1:1 hesablı heç-heçəyə nail olub. Bütövlükdə, bu klublar 30 oyunda üz-üzə gəliblər. 14 dəfə paytaxt klubu qalib gəlibsə, qəbələlilər cəmi 6 oyunda 3 xala seviniblər. 10 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də "İnter"in xeyrinədir - 44:25. Son 5 oyunda hər iki komanda qol vurub. Qəbələdə keçirilən son 3 qarşılaşmada eyni hesab – 1:1 hesabı qeydə alınıb.

Topaz Premyer Liqası
20-ci tur

5 fevral (cümə)

16:30. “Neftçi” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.

6 fevral (şənbə)

15:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. “Kapital Bank Arena”.

17:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

7 fevral (bazar)

13:30. “Kəpəz” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.

17:30. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.

1Qarabağ19115328-1338
2Zirə1988318-1432
3İnter1986519-1430
4Kəpəz1978422-1729
5Qəbələ1977524-1628
6Neftçi1976620-1827
7AZAL1974812-1725
8Sumqayıt1939723-2918
9Xəzər Lənkəran19341210-2413
10Rəvan19271012-267

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
7
- Ruslan Qurbanov ("Neftçi"), Riçard Almeyda ("Qarabağ").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.