4 fevral 2016 18:40

Elvin Cəbrayllı: Kəpəz avrokuboklara vəsiqə verən yerlər uğrunda oynayır

Bu gün doğum gününü qeyd edən “Kəpəz”in futbolçusu Elvin Cəbrayllı klub saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Elvin, öncə səni təbrik edirik...
- Təbrikə görə minnətdaram. Doğum günümün klub tərəfindən qeyd olunması xoş sürpriz idi. Bu münasibətlə tortun kəsilməsi gözlənilməz oldu, Namiq Ələsgərovla doğum günlərimizin arasında bir gün fərq var. Tort bizə doğum günü hədiyyələrindən biri oldu (gülür). Ad günündə çoxluğu xoşlamıram, evdə adətən ailə üzvlərimlə qeyd edirəm. Çoxları buna görə mənə irad tutub qapalı adam gözü ilə baxır. Bilmirəm niyə beləyəm.

- Doğum günü ilə bağlı xüsusi hədiyyə gözləyirsən?
- Mənim üçün əsas hədiyyə “Kəpəz”in heyətində çempionat matçında debütüm və qazandığımız qələbə oldu. Doğrudan da yaxşı oynadıq. “Qəbələ” kimi komandaya qarşı layiqincə mübarizə aparmağımızı və üç qol vurmağımızı heç kim gözləmirdi. Rəqib mövsümün ikinci hissəsinə Türkiyədə, biz isə Yevlaxda hazırlaşmışdıq. Ona görə də kağız üzərində hamı onları favorit göstərirdi. Amma biz sübut etdik ki, qələbəyə layiq olan tərəf bizik. “Kəpəz” Premyer Liqada daha yuxarı yerlərə layiqdir. Bunun üçün də mübarizəmizi davam etdiririk.   

- Oyunun sonlarında meydana daxil olsan da, ab-havanı hiss edə bildin?
- Baş məşqçimiz Şahin Diniyev məni meydana buraxanda ilk anlarda həyacanlı idim. Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərimiz oyunu qızışdırmışdı. “Kəpəz”də ilk oyunumun olmağı və fanatların çılğın dəstəyi məni həyacanlandırmışdı. Amma oyunda uşaqların əzmkar mübarizəsini duyduqdan sonra hər şey yerinə düşdü. Azarkeşlərimiz Azərbaycanda bir nömrədir. “Kəpəz” ölkədə ən çox azarkeşı olan klubdur.

- Yəqin ki, baş məşqçidən gələcək oyunlar üçün yenə şans gözləyirsən.
- Əlbəttə, öncə etimada görə Şahin müəllimə təşəkkür edirəm. Az oynasam belə meydana çıxdığım üçün sevincliyəm. Əgər yenə şans verilsə, əlimdən gələni edəcəyəm. Nə qədər oynamağımın və kimin oynamasının fərqi yoxdur. Əsas olan komandanın qələbəsidir. Məncə, düzgün yoldayıq, bunun da nəticəsini mövsümün sonunda görəcəyik.

- Yəqin ki, Avroliqaya vəsiqəni nəzərdə tutursan.
- Bəli, çempionatda avrokuboklara vəsiqə verən yerlər uğrunda oynayırıq. Oyunumuzla bunu sübut etməyə çalışırıq. İnşallah, mövsümün sonunda Premyer Liqanı arzuladığımız yerdə başa vurarıq.

- Şahin müəllim haqda minimumdan maksimum əldə edən məşqçi kimi bəhs edirlər. Sən nə deyə bilərsən bu haqda?
- Düz deyirlər, yeni yaranmış komandayıq. Şahin müəllim tez bir zamanda yığdığı heyətlə necə məşqçi olmasını bir daha sübut etdi. O, göstərdi ki, qısa vaxtda nəticə verməyə qadir mütəxəssisdir. Qismət olarsa, futbolçu kimi uzun illər onun rəhbərliyi altında oynamaq istərdim. İndi onun komandasında olduğum üçün xoşbəxtəm. Məşqçimizdən çox şey öyrənirik.  

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.