4 fevral 2016 18:00

Tahir Süleymanov: Bunu Emil Mpenzanın yazdığına inanmıram

"Neftçi"nin sabiq hücumçusu Emil Mpenza öz feysbuk səhifəsindən klubun keçmiş vitse-prezidenti Tahir Süleymanova müraciət edib. Azerisport.az xəbər verir ki, o, Süleymanovdan "Neftçi"nin ona borclu olduğu 800 min dolların ödənilməsini tələb edib.

Amma Süleymanov azerisport.az saytına açıqlamasında bu müraciətin Mpenza tərəfindən edildiyinə inanmadığını bildirib: "Aydın məsələdir ki, kimsə belə bir səhifə yaradıb, orada status yaza bilər. Bunu kim yazıbsa, ona sualım var. İlk növbədə onu başa düşə bilmirəm ki, Emil Mpenza məsələsi ilə bağlı niyə mənim CAS-a yollanmağıma şərait yaratmadılar? Komandanın keçmiş tərcüməçisi Tural Piriyev niyə orada klub rəsmisi kimi təmsil olunub? Bu məsələ ilə bağlı klubun Müşahidə Şurasının iclasına dəvət olunarkən orada öz şərtlərimi bildirmişdim. Onlardan niyə yararlanmadıqlarını anlamıram. Avropadan vəkil dəvət etmişdilər. Mpenza niyə bizim dövrümüzdə istəyinə nail ola bilmirdi? Amma indi kluba sanksiyalar tətbiq olunur".

Keçmiş vitse-prezident "Neftçi"yə gəlişini də xatırlayıb: "Almaniyalı məşqçi Gede klubdan ayrılandan sonra ona 5 milyon dollar ödəməli idik. Amma biz həmin məbləği 2,5 milyona endirdik və ödədik. Sonuncu dəfə 1,8 milyon cərimə ödəmişdik. Bu da 2012-ci ildə olmuşdu. Bütün bunlara baxmayaraq, biz heç kimə şikayətlənmirdik, əksinə, Avropa Liqasının qrup mərhələsinə çıxmışdıq. Biz heç keçmiş klub rəhbərliyini tənqid etmirdik. İndiyə qədər də susmuşuq. Kiminsə şübhəsi varsa, onlara rəsmi sənədləri göstərməyə də hazıram".

Süleymanovun sözlərinə görə, paytaxt klubu onların dövründə gəlir əldə edib: "Bizim rəhbərliyimiz dövründə klubun xəzinəsinə 7 milyon dollar daxil olmuşdu. Biz həmin pulu avrokuboklardakı çıxışdan, transferlərdən və "Adidas"dan qazanmışdıq. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Elə həmin gəlirlər sayəsində Mpenza məsələsini bağlamaq olardı. İndi keçmiş rəhbərliyi kluba ziyan vurmaqda ittiham etmək lazım deyil".

Sabiq vitse-prezidenti paytaxt klubunda indi də problem olmadığını iddia edib: "Neftçi"də maliyyə problemi yoxdur. Mən bunları demək istəmirdim. Amma hər dəfə indiki rəhbərliyin keçmiş klub rəsmilərini günahlandırmasına dözmək olmur. Biz bu klub üçün az iş görməmişik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.