4 fevral 2016 16:40

Neftçi bəyanat yaydı

"Neftçi" klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi feysbuk səhifəsində etdiyi paylaşım son günlərdə ölkənin idman mediasında müzakirə mövzusuna çevrilib. Mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq üçün “Neftçi” bəyan edir:

1. Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”nin Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin feysbukdakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi”yə heç bir aidiyyatı yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

2. “Neftçi”yə işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

3. Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

4. “Neftçi” komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olmuşdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.