4 fevral 2016 15:40
Qriqorçuk braziliyalını U-19-la oyunda sınayacaq
Bu gün "Qəbələ" yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda klubun U-19 kollektivi ilə üz-üzə gələcək.
Baş məşqçi Roman Qriqorçuk bu oyunda baxışa dəvət etdikləri braziliyalı hücumçunu da sınaqdan keçirəcək. Emerson Britanın komandada qalıb-qalmayacağı da məhz bu matçdan sonra dəqiqləşə bilər.
