4 fevral 2016 14:40

Rövşən Hüseynli: Çexiyanı özümüz məğlub etməliyik, italyanların köməyini gözləməməliyik

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli AÇ-2016-nın final mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

"İtaliyaya qarşı oyunun çətin olacağını bilirdik. Bu, gözlənilən idi. Amadeu qırmızı vərəqə alana qədər hər şey yaxşı idi. Həmin epizod oyunda dönüş nöqtəsi oldu. Sonra ikinci yarı başlayan kimi kobud səhvə yol verdik və bu, işimizi daha da çətinləşdirdi. Bir xal qazanmaq istəyirdik. Buna görə ikinci hissədə beş meydan oyunçusu ilə çıxış etdik. Amma son Avropa çempionu çox yaxşı müdafiə olundu. Rəqib bizi yaxşı analiz etmişdi".

Rövşən qarşıdakı Çexiya ilə oyundan da söz açıb: "Biz çexlərə qalib gələcək gücdəyik. Amadeunu əvəzləyəcək futbolçumuz da var. Məsələn, Ramiz Çovdarovun zərbələri Amadeunun zərbələrindən geri qalmır. Biz italyanların köməyini gözləməyəcəyik ki, onlar çexlərə 3:0 və ya 4:0 hesabıyla qalib gəlsin. Çexiyanı özümüz 4-5 qolla məğlub etməliyik. Hər şeyi özümüz həll etməliyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.