4 fevral 2016 13:20

Qurban Qurbanov: Reynaldo bir aya qayıdacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

- AZAL-la oyundan sonra komandanın hazır olmadığını demişdiniz. Hələ Antalyada olarkən komandanızın tam olaraq özünə gəlməsi üçün 4-5 tur gözləmək lazım olduğunu söyləmişdiniz. Yenə də bu fikrinizdə qalırsınız?
- Bu, bizdən asılı deyil. Hazırlıq prosesi elədir ki, futbolçunun tam formaya düşməsi üçün müəyyən vaxt tələb olunur. Oyundan oyuna artıracağımızı düşünürəm.

- Yəni futbolçularınız indiki forması ilə də AZAL-a qalib gələcək gücdə deyil?
- Şübhəsiz ki, AZAL-a qalib gəlməyə yetərli gücümüz vardı. Oyundan sonra da dedim ki, sərgilədiyimiz futboldan razı qaldım. Rəqibi bütün komponentlərdə üstələmişdik. Qol vurub, qələbə qazanmaq üçün yetərincə şansımız da oldu. Amma qələbə qazana bilmədiksə, bu, bizim buna yetəcək gücümüzün olmamasından xəbər vermir. Sadəcə, həmin oyun rəqibimiz üçün daha uğurlu alındı.

- Bu məğlubiyyət komandanın daha tez özünə gəlməsinə kömək edəcək?
- Hər məğlubiyyət komandanın xeyrinə olur. Çünki futbolçular özlərini toparlamağa, daha diqqətli olmağa çalışırlar. Fikrimcə, biz də qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

- "Xəzər Lənkəran" AZAL-dan da ağır vəziyyətdədir. Düşünmürsünüz ki, futbolçular bu dəfə də rəqibi ciddiyə almaya bilər?
- Ola bilər ki, kimsə "Xəzər Lənkəran"a yuxarıdan aşağı baxsın. Amma məndə və mənim yetirmələrimdə belə şey ola bilməz. Hələ ötən il demişdim ki, 3-4-cü dövrələr çox çətin keçəcək. Biz heç bir rəqibimizi zəif hesab etmirik. Bizim üçün asan oyun da yoxdur.

- Qış fasiləsi zamanı hər kəs çempionatda intriqanın öldüyünü və "Qarabağ"ın asanlıqla çempion olacağını deyirdi. Bəs indi intriqanın bərpa olduğunu demək olar? Çünki "Zirə" sizinlə xal fərqini altıya endirib...
- Ola bilər ki, kimin üçünsə çempionluq intriqası ölüb, amma bizim üçün yox. Əvvəllər də belə idi. Mövsümün sonuna qədər də belə olacaq. Hər bir xal itkisi bizim üstünlüyümüzü azaldır. Ona görə də mövsümün sonuna qədər maksimum diqqətli olmalıyıq. Əks halda bizim üçün yaxşı olmayacaq.

- Reynaldo nə vaxt yaşıl meydanlara qayıdacaq?
- Ona daha bir ay vaxt lazımdır. Hələ ki, fərdi qaydada məşq edir. Amma daha tez sıraya dönməsi də mümkündür. Sadəcə, biz zədəli futbolçularla bağlı heç vaxt tələsmirik.

- Rahid Əmirquliyev nə vəziyyətdədir?
- O da komandadan ayrı çalışır. Bir neçə tur buraxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.