4 fevral 2016 11:45
Neftçi - Rəvan oyununun biletləri satışda
Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Rəvan” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 5-də “Bakcell Arena”da keçiriləcək oyun saat 16:30-da başlanacaq. (klub saytı)
