4 fevral 2016 00:55
Branimir Subaşiçdən millimizə dəstək
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç futzal millimizin AÇ-2016-nın final mərhələsindəki İtaliyaya qarşı oyununda komandamıza dəstək olub. Azerisport.az xəbər verir ki, qitə birinciliyi onun vətəni Serbiyanın paytaxtı Belqradda keçirilir.
Subaşiç də bu fürsətdən istifadə edərək, yığmamıza dəstək olmağa qərar verib. O, millimizin azarkeşlərinin arasında yer alaraq, futzalçılarımıza dəstək nümayiş etdirib.
Qeyd edək ki, hazırda İtaliya - Azərbaycan oyununda fasilədir və millimiz ilk yarıdan sonra 0:1 hesabıyla məğlub durumdadır.
