4 fevral 2016 00:05
Daniel Genov: Yenidən İnterə dönmək istərdim
"İnter"in sabiq yarımmüdafiəçisi Daniel Genov yenidən paytaxt klubunda oynamaq istədiyini deyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"də oynadığım günləri hələ də xatırlayıram. Sabit oynamaq istəyirdim. Bu klubdan da ona görə ayrıldım. Son dövrlər "İnter"in işləri ilə maraqlanıram. Gedişimdən bəri komanda ilk üçlüyə düşməyi bacarır. Klubdakı maliyyə problemlərindən də xəbərim var. "İnter"də xeyli səviyyəli futbolçunun qalması da sevindirməyə bilməz. Etiraf edim ki, yenidən bu komandaya qayıtmaq istəyərdim. Amma mənimlə maraqlanmırlar".
