3 fevral 2016 18:00
Rəşad Qasımov: UEFA-nın İnterlə bağlı qərarını gözləyirik
"İnter"in prezidenti Rəşad Qasımov bəyan edib ki, onlar hazırda UEFA-dan veriləcək qərarı gözləyirlər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA bütün borcların yanvarın 31-nə qədər ödənilməsini tələb etmişdi. Amma biz bütün problemləri yoluna qoya bilmədik. Hazırda UEFA-nın çıxaracağı qərarı gözləyirik. Hələ ki, heç bir məlumat yoxdur".
Qeyd edək ki, UEFA "İnter"i borcları bağlamayacağı halda avrokuboklardan kənarlaşdıracağı ilə hədələmişdi.
