3 fevral 2016 16:40
Ruslan Abışov: Həkimlər iki həftə sonra komanda ilə məşq edə biləcəyimi deyir
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov komandaya dönməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, zədədən sonrakı durumu barədə bunları söyləyib:
"Özümü yaxşı hiss edirəm. Hələlik, fərdi proqram əsasında hazırlaşıram. Həkimlərin dediyinə görə, iki həftədən sonra komanda ilə məşqlərə başlaya bilərəm. Amma indiki vəziyyətimi nəzərə alsaq, daha tez sıraya dönməyimin mümkün olduğunu hiss edirəm. Həkimlər tələsməməyi məsləhət görürlər. Sadəcə, mən özüm komandadan ayrı qalmağa dözə bimirəm. Oynamaq istəyirəm".
