Elbrus Məmmədov: Qarabağa qarşı yaxşı futbol sərgiləməyə çalışacağıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, Pro kateqoriyası almaq üçün kurslara qatılmasından söz açıb:
"2015-ci ilin iyun ayında Ukrayna Futbol Federasiyasının təşkil etdiyi kurslara qatılmışdım. Bu dəfəki sessiya Türkiyədə, Bələkdə keçirilir. Allah eləsin ki, "Qarabağ"la oyuna qədər qayıda biləcəyəm. Bu görüşdə yaxşı futbol sərgiləməyə çalışacağıq".
Məmmədov 19-cu turda "Rəvan"a qarşı keçirdikləri oyundan da danışıb: "İşimiz çoxdur. Əksər futbolçularımızın Premyer Liqa təcrübəsi yoxdur. "Rəvan"la oyunda da inamlı futbol sərgiləmək sayəsində nəticə qazandıq".
"Transferlər baxımından elə də geniş çeşidimiz yoxdur. Yeni futbolçulara da vaxt lazımdır ki, komandaya uyğunlaşa bilsinlər. İnanıram ki, buna mümkün qədər tez nail olacağıq".
