3 fevral 2016 13:00

Dmitri Nazarov: Azərbaycan millisini seçdiyimə görə təəssüflənmirəm

Azərbaycan yığmasının yarımmüdafiəçisi, Almaniyanın "Karlsrue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov milli komandamızı seçməsindən, eləcə də klubundakı durumundan danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Azərbaycan yığmasında çıxış etmək qərarıma görə təəssüflənmirəm. Bu qərarımı valideynlərim də dəstəkləyib. Ötən seçmə mərhələdə millinin 10 oyununun hamısında meydanda olmuşam".

Nazarovun sözlərinə görə, millimizdəki çıxışı onda yeni təəssüratlar yaradıb: "Məsələn, yığmada çıxış etməklə sən ancaq televizordan izlədiyin futbolçulara qarşı mübarizə aparmaq şansı qazanırsan".

Dmitri Azərbaycan yığmasına ilk gəlişini də xatırlayıb: "Mənimlə o vaxt millinin baş məşqçisi olan Berti Foqts əlaqə saxladı. Biz görüşdük. Elə həmin görüşdən mən hər şeyin yaxşı olacağını hiss etdim və müsbət cavab verdim".

Ötən mövsüm "Karlsrue" Almaniya Bundesliqasına çıxmağa çox yaxın olsa da, "Hamburq"la pley-off oyununda son anda məğlub olaraq, bu şansdan məhrum olmuşdu. Millimizin üzvü həmin anı da xatırlayıb: "Bu, doğrudan da çox çətin idi. Amma önümüzə baxmaqdan başqa çıxış yolumuz yoxdur. Bir şeyi dəqiq bilirəm ki, ötən mövsüm üçüncü yeri tutmuşduqsa, bu mövsüm bizdən daha artığını gözləyirlər".

"Karlsrue" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi gələcək planlarından da söz açıb: "Böyük ehtimalla klubumla yeni müqavilə imzalayacağam. Amma başqa variantlar da mümkündür. Hər halda bununla bağlı müəyyən fikirlərim var". (Allgemeine Zeitung)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.