3 fevral 2016 12:40
Nelson Bonilya: İkinci yer Zirə üçün yaxşı nəticədir
"Zirə"nin forvardı Nelson Bonilya Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matç asan olmadı. Bu rəqiblə əvvəlki oyunlarımız da ağır keçmişdi. Amma bu dəfə biz yaxşı çıxış etdik. "Zirə" kiçik və yeni komandadır. Buna görə də turnir cədvəlində ikinci pillədə yer almağımız bizim üçün yaxşı nəticədir. Öz üzərimizdə daha çox çalışacağıq ki, qələbə qazanmağa davam edək".
