3 fevral 2016 12:00
Qabriel Lima: Bizdən qisas almağa çalışan komanda ilə qarşılaşacağıq
Futzal üzrə İtaliya yığmasının kapitanı Qabriel Lima AÇ-2016-nın final mərhələsi çərçivəsində bu gün Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi iki il əvvəl məğlub etdiyimiz və həmin məğlubiyyətin qisasını almaq istəyən komanda ilə oyun gözləyir. Onların hazırda böyük təcrübəyə malik baş məşqçisi var. Heyətdə bir neçə yeni oyunçu peyda olub. Oyun üslublarını da dəyişiblər. Bizim buna mümkün qədər tez alışmağımız lazımdır".
