3 fevral 2016 11:40
Amadeu: Bundan çətin start oyunu təsəvvür etmək olmaz
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Amadeu AÇ-2016-nın final mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bundan çətin start oyunu təsəvvür etmək olmaz. Biz təkcə son Avropa çempionu ilə yox, həm də ötən mövsüm AÇ-də bizi məğlub etmiş komandaya qarşı oynayacağıq. Həmin məğlubiyyət bizə çox pis təsir etmişdi. Amma bu dəfə hər şey fərqli nəticələnməlidir".
