3 fevral 2016 11:20

Elgün Uluxanov: Özümü Krasnodarda yad hiss etdiyim üçün ayrılmağa qərar verdim

"Qarabağ"ın yeni transferi Elgün Uluxanovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"a keçidinizlə bağlı nə deyə bilərsiniz?
- İlyarımlıq müqavilə imzaladıq. "Qarabağ"da oynayacağım üçün çox şadam.

- Əsas heyətə düşə biləcəksiniz?
- Əlbəttə, bu, çox çətin olacaq. Mənim üçün əsas yaxşı oyun forması yığmaqdır. Böyük təcrübəyə malik futbolçularla birgə məşq edirəm. Bu, mənim təcrübə toplamağım üçün çox vacibdir. Əvəzedici heyətdə oynayacağam. Amma əsas komandanın məşqlərində də özümü göstərməyə çalışacağam.

- "Qarabağ"dan öncə "Neftçi" ilə danışıq apardığınız bildirilirdi...
- Variantlar çox idi. Amma ciddi təklif yalnız "Qarabağ"dan gəldi.

- Qurban Qurbanovla danışmısınız?
- Bəli. O, mənə uğur arzuladı.

- Yəqin ki, yeni komandanızın fasilədən sonra AZAL-a qarşı keçirdiyi ilk oyunu izləmisiniz. Məğlubiyyəti gözləyirdiniz?
- Kənardan hiss olunan o idi ki, bu oyunda "vurmayana vurarlar" prinsipi işə düşdü. "Qarabağ" böyük üstünlüyə malik idi. Yüz faizlik qol vəziyyətləri yaradırdı. Amma nədənsə qol vurmaq mümkün olmadı.

- Sizin mövqeyinizdə Maksim Medvedevlə İlqar Qurbanov çıxış edir. Onlarla rəqabətdən qorxmursunuz?
- Qurbanov yoxlama oyunlarında məni müdafiənin mərkəzində sınayırdı.

- "Qarabağ" sizin üçün nə deməkdir?
- Bu klub mənə ÇSKA-nı xatırladır. Hər ikisi iddialı komandadır. Hər ikisi ölkəsinin fəxridir. Buna görə də "Qarabağ"da oynamaq mənim üçün qürurvericidir.

- Peşəkar Futbol Liqasında siz Rusiya vətəndaşı kimi göstərilmisiniz. Deməli, Ağdam klubunda legioner kimi oynayacaqsınız?
- Düzünü deyim ki, xəbərim yoxdur.

- ÇSKA-dan ayrılandan sonra Rusiyanın hazırda ən perspektivli klublarından sayılan "Krasnodar"a keçmişdiniz. Bəs niyə orada qalmadınız?
- Özümü orada yad hiss edirdim. Ona görə də getməyə qərar verdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.