3 fevral 2016 11:00
Eddi İsrafilov Portuqaliyada oynaya bilərmiş
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun İspaniyanın "Kordoba" klubuna transferindən sonra onu heyətində görmək istəyən digər komandaların da adların aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Real Mursiya"ya məxsus olan futbolçunu Sequnda Liqanın digər təmsilçilərindən "Real Saraqosa", "Valyadolid", "Malyorka", "Alaves" də istəyirmiş.
Eyni zamanda Portuqaliyanın "Belenenseş" klubu da Eddinin xidmətində maraqlı imiş. Amma millimizin üzvü "Kordoba"da oynamağı üstün tutub.
Qeyd edək ki, İsrafilov mövsümün əvvəlini La Liqa təmsilçisi "Eybar"da keçirib.
