3 fevral 2016 00:25
Bədavi Hüseynov: AZAL-la oyun göstərdi ki, çempionatın qalan hissəsi çox ağır keçəcək
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu (0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O qədər də yaxşı oyun keçirdiyimizi deməzdim. Meydan sahiblərinin qapısı qarşısında çoxlu qol vəziyyəti yaratdıq. Əfsuslar olsun ki, onların heç birindən yararlana bilmədik. Rəqib müdafiədə çox uğurlu oynadı və qapısını toxunulmaz saxladı. Bu oyun göstərdi ki, çempionatın qalan hissəsi çox maraqlı keçəcək. Hər bir matça çox ciddi hazırlaşmaq lazımdır".
