3 fevral 2016 00:20
AÇ darmadağınla başladı
Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin açılış oyununda meydan sahibi Serbiya Sloveniya ilə qarşılaşıb.
Serblər bu görüşdə böyük hesabla qalib gəliblər. A qrupu çərçivəsində baş tutan matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.
Bu gecə daha bir görüş keçirilir. B qrupu çərçivəsində İspaniya Macarıstanla qarşılaşır.
Qeyd edək ki, qitə birinciliyinə vəsiqə qazanan Azərbaycan yığması ilk matçını D qrupu çərçivəsində İtaliyaya qarşı keçirəcək.
