3 fevral 2016 00:15

Nuqzar Kvirtiya: Kəpəzin son oyunları göstərir ki, Gəncədə bizə çətin olacaq

AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ" üzərində qələbə qazandıqları oyundan (1:0) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Liderə qarşı oynadığımızı yaxşı başa düşürdük. Çox ehtiyatlı oynamaq lazım idi ki, lazım olan nəticəni qazanaq. Tərlan Əhmədov düz bir həftə bizi bu oyuna hazırlamışdı. O, bizə 2015-ci ilin son beş oyununda oynadığımız kimi çıxış etmək tapşırığı vermişdi. Sevindirici haldır ki, qələbə qazandıq. Şadam ki, qələbə qolunu mən vurdum. Amma əsas komandanın qələbəsi idi. Qarşıda bizi "Kəpəz"lə oyun gözləyir. Onların da son oyunları göstərir ki, bizə Gəncədə çox ağır olacaq. Hava şəraiti qazona təsirsiz ötüşməyəcək. Bu, vacib məqamdır. Amma istənilən halda biz öz futbolumuzu sərgiləməyə çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.