2 fevral 2016 16:40
Rəvan - Neftçi oyunu təhlükədədir
Topaz Premyer Liqasının 20-ci turunun "Rəvan" - "Neftçi" oyunu təhlükə altındadır. Azerisport.az xəbər verir ki, komanda üzvləri paytaxt derbisini boykot edirlər.
Buna səbəb rəhbərliyin onlara olan maaş borcunu hələ də ödəməməsidir. Futbolçular borcun müəyyən qismi ödənilməyəcəyi halda, qarşıdakı oyuna çıxmayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, "Rəvan"da futbolçuların 3 ay yarımdır maaş almadığı bildirilir.
"Rəvan" - "Neftçi" matçı fevralın 5-də "Bakcell Arena"da keçiriləcək və saat 16:30-da start götürəcək.
