2 fevral 2016 15:00
İtaliya - Azərbaycan matçı İngiltərə və Ukraynadan olan hakimlərə tapşırıldı
Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycanla İtaliya arasında baş tutan D qrupunun oyununa hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu görüşün birinci hakimi Mark Birkett (İngiltərə) təyin olunub. İkinci hakim funksiyasını isə Ukraynadan olan Oleq İvanov yerinə yetirəcək.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı fevralın 3-də Serbiyanın paytaxtı Belqradda, "Belqrad Arena"da keçiriləcə və Bakı vaxtı ilə 00:00-da start götürəcək.
