2 fevral 2016 14:00
Vitali Borisov: Qrupdan çıxmağa çalışacağıq
Futzal üzrə Azərbaycan yığmasının lideri Vitali Borisov AÇ-2016-nın final mərhələsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AÇ-nin startına hazırlığı davam etdiririk. İlk oyunumuz Avropa çempionu İtaliyaya qarşı olacaq. Çətin olacağını bilirik. Amma öz gücümüzü göstərməyə çalışacağıq. İtalyanların heyətində bəzi dəyişikliklər var. Lakin zəiflədiklərini deməzdim. Komandamızda özünəinam var. Başa düşürük ki, hər iki oyun çox vacibdir. Amma İtaliya ilə oyunda öz istəyimizə nail olmasaq, Çexiyaya qalib gəlməyə çalışacağıq. Qrupdan çıxmağa çalışacağıq".
